Mətbuat Şurası müxalifət qəzetlərinə tövsiyyələr verib
26 Oktyabr 2010 Çərşənbə Axşamı 18:25
Mətbuat Şurası müxalifət qəzetlərinə tövsiyyələr verib. Bu gün qurumun Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlının «Azadlıq» və «Yeni Müsavat» qəzetləri ilə bağlı müraciətinə baxılıb. Komissiya iddiaçının «Azadlıq» qəzetinə qarşı şikayətini müzakirə edərkən belə rəyə gəlib ki, nəşr narazılıq doğuran yazıda qarşı tərəfin mövqeyini nəzərə almayıb, bununla da «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın müvafiq prinsipini pozub. KİV-ə qarşıdakı fəaliyyətində belə məsələlərə münasibətdə həssas olmağı tövsiyyə edilib.

«Yeni Müsavat» qəzetinə gəlincə, komissiya mətbu orqanın «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlının «Facebook» səbəkəsində yer alan fikirlərini səhifəsinə çıxartdığını və eyni materialda buna münasibət də öyrəndiyini nəzərə alıb. Bununla belə, seçki dövrü olduğundan konkret namizədlə bağlı yazıda qəzetin onun özünə də istinadının vacibliyi vurğulanıb və nəşrə bu barədə tövsiyyə verilməsi rəyinə gəlinib.

İclasda müzakirə edilən növbəti məsələ ilə bağlı yekdil rəy bundan ibarət olub ki, ölkədə fəaliyyət göstərən çoxsaylı saytlar ictimaiyyət tərəfindən informasiya mənbəyi kimi qəbul olunur, KİV-lərin bir çoxu onların materiallarına istinad edir. Saytlarda gedən peşəkarlıqdan kənar materialların MŞ-də müzakirəsi onların məsuliyyətinin artmasına dəstək olardı. Komissiya «bolgexeber.az» saytı ilə əlaqədar şikayəti bu baxımdan araşdıraraq belə rəyə gəlib ki, sözügedən sayt Sabirabad Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi barədə araşdırılmamış material dərc edib. Həmin materialda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alıb. Mövcud olmayan şəxsə istinadən tənqidi fikirlər verilib. İclasda saytın fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər məqamların mövcudluğu da vurğulanıb. Buna görə də sayta Mətbuat Şurasının ilkin xəbərdarlığı elan edilib və məsələ ilə əlaqədar şikayətçi tərəfin mövqeyini dərc etməsi, ondan üzr istəməsi tövsiyyə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar