Məmmədyarov Brayzanı qəbul edib
09 Fevral 2011 Çərşənbə 17:50
Görüşdə ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi müzakirə edilib
Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. XİN-nin mətbuat xidmətinin ANS PRESS-ə verilən məlumata görə, etimadnamənin surətini təqdim edən M.Brayza ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə amerikalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.
DOSTLARINLA PAYLAŞ: