Məmmədyarov Ukrayna prezidenti ilə görüşüb
25 Fevral 2011 Cümə 01:11
Viktor Yanukoviç: “Odessa-Brodı kəməri ilə ilk milyon ton neftin ötürülməsi böyük layihələrə verilən startın əsasının qoyulduğuna zəmanətdir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində prezident Vitkor Yanukoviçlə görüşüb. Məlumatı Ukraynanın dövlət başçısının mətbuat xidməti yayıb.
Viktor Yanukoviç praqmatik məzmunlu Ukrayna-Azərbaycan münasibətlərinin davamlı şəkildə zənginləşməkdə olduğunu qeyd edib. V.Yanukoviç, xüsusilə, bu yaxınlarda Davosda keçirilən Ümumdünya iqtisadi forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə konstruktiv görüşünü xatırladıb: “Biz birgə planlarımızı müzakirə etdik. Azərbaycan tərəfinin təklifləri bu gün Ukrayna üçün çox aktualdır. Bizim vəzifəmiz Azərbaycanın enerji resurslarının cəlb edilməsi üzrə işləri daha fəal aparmaqdan ibarətdir. Ümid edirik ki, Odessa-Brodı kəməri ilə ilk milyon ton neftin ötürülməsi böyük layihələrə verilən startın əsasının qoyulduğuna zəmanətdir”.
DOSTLARINLA PAYLAŞ: