Ölkə

Məmmədyarov Münhendə bir sıra görüşlər keçirib

Görüşlər zamanı ikitərəfli münasibətlər müzakirə olunub

· Xəbərçi
Məmmədyarov Münhendə bir sıra görüşlər keçirib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyada keçirilən növbəti 47-ci Münhen Təhlükəsizlik Konfransında iştirak çərçivəsində 5 fevral tarixində bir sıra ölkələrdən olan həmkarları ilə görüşlər keçirilb. Azərbaycanın Almaniyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, XİN rəhbəri Serbiya xarici işlər naziri Vuk Yeremiç, Avstraliyanın xarici işlər naziri Kevin Rud və ukraynalı həmkarı Konstantin Qrişonko ilə ikitərəfli görüşlər keçirib.

Sözügedən görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Münhen Təhlükəsizlik Konfransı 6 fevral tarixində öz işini başa vuracaq.

Şərhlər