Ölkə

Məmmədyarov GUAM XİN-in toplantısında iştirak edib

Nazir tədbir çərçivəsində moldovalı həmkarı ilə də görüşüb

· Xəbərçi
Məmmədyarov GUAM XİN-in toplantısında iştirak edib
Ukraynada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 24 fevral 2011-ci il tarixində Kiyevdə keçirilən GUAM Xarici İşlər Nazirlərinin növbəti toplantısında iştirak edib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, toplantıda GUAM çərçivəsində aparılan işlərin nəticələri və perspektiv planlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub.

Tədbir çərçivəsində nazir E.Məmmədyarov Moldova baş nazirinin müavini və xarici işlər naziri Yuri Leanka ilə görüşüb. Görüşdə Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər, enerji, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edilib.

Şərhlər