Ölkə

Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək

XİN rəhbəri İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak edəcək

· Xəbərçi
Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək. Səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir. Xatırladaq ki, bu komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. Elmar Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.

Şərhlər