Medvedev Hacı Allahşükür Paşazadənin məktubuna cavab verib
17 Yanvar 2011 Bazar Ertəsi 22:50
Cavab məktubu QMİ sədrinə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çatdırıb.
Rusiya prezidenti Dmitri Medvedev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazədənin məktubuna cavab verib. Cavabı şeyxülislama Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çatdırıb. Bu haqda Rusiyanın Azərbaycandakı səfirliyinin rəsmi saytında məlumat verilir.
Səfir bildirib ki, Rusiyanın dövlət başçısı şeyxülislamın dekabrın 20-də prezident Medvedevə göndərdiyi məktubda Rusiyanın bir sıra şəhərlərində millətlərarası zəmində baş vermiş hadisələr nəticəsində yaranmış vəzəiyyətə diqqətinə görə təşəkkür edib. Diplomat həmçinin Rusiya tərəfinin ekstremizm və dini radikalizmin təzahürlərinə qarşı mübarizədə Azərbaycanın dövlət strukturları və Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlığa hazır olduğunu da ifadə edib.
Şeyxülislam Hacı Allahşükür Paşazədə bu gün həmçinin Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçlə də görüşüb. Görüşdə Belarus səfiri Bütün Qafqazın şeyxindən Belarusun İslam Konfransı təşkilatına müşahidəçi qəsmində qatılmasına köməklik göstərməsini xahiş edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: