Mədəniyyət və Turizm İdarəsinin “Qaynar xətt”i yaradılıb
04 Fevral 2011 Cümə 14:20
“Qaynar xətt” hər gün saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək
Bu gündən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) “Qaynar xətt”i (492 44 33) fəaliyyətə başlayıb. İdarədən verilən məlumata görə, “Qaynar xətt” həftə ərzində hər gün səhər saat 9.00-dan axşam saat 18.00-dək fəaliyyət göstərəcək.
BŞMTİ-nin “Qaynar xətt”i struktura daxil olan bütün mədəniyyət müəssisələri haqqında şikayətləri və problemli məsələlər barədə məlumatları qəbul edəcək.
Qəbul edilən bütün məlumatlar birbaşa idarənin rəhbərliyinə çatdırılacaq və məsələlərin həlli təmin olunacaq.
DOSTLARINLA PAYLAŞ: