Mədəniyyət kanalının açılması üzrə müsabiqənin qalibi elan olunub
22 Oktyabr 2010 Cümə 17:05
Müsabiqədə yalnız 1 iddiaçı iştirak edib.
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda ixtisaslaşdırılmış (mədəniyyət) kanalının açılması ilə bağlı müsabiqənin nəticələrinə baxılıb.

Mədəniyyət kanalının açılması üçün Bakı və Abşeron ərazisindən televiziya üzrə 44-cü tezlik resursuna elan edilən müsabiqədə yalnız 1 iddiaçı – “Azərbaycan televiziya və radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti iştirak edib. Şura “Televiziya və radio yayımı haqqında” qanunun və “Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin qaydaları”nın tələblərinə uyğun olaraq “Azərbaycan Televiziya və radio verilişləri” Qapalı Səhmdar Cəmiyyəti”ni müsabiqənin qalibi elan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar