Masallıda Telekommunikasiya Qovşağının binası sökülür
18 Fevral 2011 Cümə 23:28
Binanın bərpası mümkün olmadığından onun yerində yeni ATS binası inşa olunacaq.
Fevralin əvvəlində partlayış baş verdiyi Masallı rayon Telekommunikasiya Qovşağının binası sökülür. Binanın bərpası mümkün olmadığından onun yerində yeni ATS binası inşa olunacaq. Rayonda rabitənin bərpa edilməsi üçün ciddi işlər görülür. ANS-in məlumatına görə, problemin tezliklə aradan qaldırılması üçün mütəxəssislər 24 saatlıq iş rejimində calışırlar.

"Aztelekom" İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyevin sözlərinə görə, beynəlxalq rabitədə olan problemlər tam aradan qaldırılıb və yeni quraşdırılmış ATS hesabına fəaliyyət bərpa olunub. Lazım olan avadanlıqlar əsasən Türkiyədən gətirilib və son model hesab olunur. Binanın qəza vəziyyətinə düşmüş 4 mərtəbəli korpusundakı avadanlıqlardan istifadə etmək mümkün olmayıb. Çünki onlar dağıntılar altında qaldığından yararsız vəziyyətə düşüb. Z.Vəliyev dağıntının vurduğu ziyanın miqdarının böyük olduğunu, binaya da ciddi xətər dəydiyni və yeni binanın inşa olunacağını deyib.

Rayon telekommunikasiya qovşağının işçi heyəti isə yaxınlıqdakı poçt binasına yerləşdirilib. Qovşaq çətin olsa da, fəaliyyətini davam etdirir. Rayon mərkəzi ilə kəndlər arasındakı rabitə bərpa olunub. Söküntü işlərini isə FHN-nin aidiyyatı qurumu aparır. Qeyd edək ki, ərazidə qəzanın baş vermə səbəbləri ilə bağlı təhqiqat işləri hələ də davam etdirilir. İlkin versiya olaraq baş vermiş qəzaya texnogen amillərin səbəb olduğu bildirilsə də, ərazidən keçən qaz xətlərində yeraltı sızmaların ola biləcəyi ehtimalı da araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar