Martda hava necə olacaq?
01 Mart 2011 Çərşənbə Axşamı 01:46
Martda hava necə olacaq? Yazın ilk ayının bəzi günlərdə paytaxtda havanın temperaturu 16 dərəcəyədək artacaq.
Yazın ilk ayında havanın orta aylıq temperaturu normaya yaxın olacaq. Ölkə üzrə yağıntının səviyyəsinin normaya yaxın, bəzi bölgələrdə normadan yuxarı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 5-7 dərəcə isti (gecə 1-6, gündüz 10-14 isti, bəzi yerlərdə temperatur 16 dərəcəyə yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (20-27mm) yaxın olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 6-8 dərəcə isti (gecə 1-6 dərəcə isti, bəzi günlərdə -6 dərəcəyə enəcək, gündüz 9-14 dərəcə isti, bəzi günlərdə 19 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (22-44 mm) olacaq.
Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecə 3 dərəcə şaxta - 2 dərəcə isti, gündüz 5-10 dərəcə isti, bəzi günlərdə isə 15 dərəcəyədək artacaq), yağıntının miqdarı normaya uyğun (41-52 mm), bəzi yerlərdə isə normadan yuxarı olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda orta aylıq temperatur 4-6 dərəcə isti (gecə 1-5 dərəcə, gündüz 7-12 dərəcə isti, bəzi günlərdə 18 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (19-28 mm), bəzi bölgələrdə isə normadan yuxarı olacaq.
Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperatur 2-4 dərəcə isti (gecə 0-5 dərəcə isti, bəzi günlərdə - 7 dərəcəyə enəcək, gündüz 6-11 dərəcə isti, ayın üçüncü ongünlüyündə 17 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (24-90 mm) olacaq, bəzi yerlərdə normanı ötəcək.
Mərkəzi-Aran rayonlarında orta aylıq temperatur 6-8 dərəcə isti (gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti, bəzən 20 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (24-45 mm), ayrı-ayrı yerlərdə normadan yuxarı olacaq.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperatur 5-7 dərəcə isti ( gecə 2-7 dərəcə, gündüz 8-13 dərəcə isti, bəzi günlərdə 16 dərəcəyə yüksələcək), yağıntının səviyyəsi normaya yaxın olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: