Maliyyə Nazirliyinin istiqrazları yerləşdirilib
    04 Mart 2011 Cümə 17:26
    Bakı Fond Birjasında növbəti hərrac keçirilib
    
                	 
    
         Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10200831S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumatda bildirilir ki, sifariş 4 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə ümumi məbləği 13 283 900 manat təşkil edib.
 
 Sifarişlər 99.65% (gəlirlik 1.41%) və 99.40% (gəlirlik 2.42%) qiymət intervalında təqdim edilib.  İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti-99.40% (gəlirlik 2.42%) orta ölçülmüş qiymət – 99.55% (gəlirlik 1.81%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. 
 
 İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 000 000 manat, о cümlədən 1 405 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilib.
 
 Qeyd edək ki, istiqraz vərəqələrinin ödəmə tarixi 03 iyun 2011-ci ildir, istiqrazların tədavül müddəti – 91 gündür, istiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.
 
DOSTLARINLA PAYLAŞ: