Mağazalardan saxta məhsullar yığışdırılır
14 Oktyabr 2010 Cümə Axşamı 18:25
Ümumi çəkisi 430 kq olan saxta ərzaq aşkar olunaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, budəfəki yoxlamalar zamanı

Bakının Nəsimi rayonunda

- A.Əliyev küçəsi, 5A ünvanında yerləşən “Amin market”də,
- A.Əliyev küçəsi, ev 7 ünvanında Kiyafət Tağıyevaya məxsus mağazada,
- A.Əliyev küçəsi, ev 9 ünvanındakı “Qorodok market”də,
- A.A.Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən “Natiq market”də,
- Cavadxan küçəsi, 29A, mənzil 108 ünvanındakı “Gold market”də,
- Səfərəliyeva küçəsi, ev 24 ünvanında Tofiq Babayevə məxsus mağazada,

Yasamal rayonunda

- M.Seyidov küçəsi, ev 35 ünvanındakı “Yeni market”də,
- Ə.Ələkbərov küçəsi, ev 15, mənzil 2 ünvanında yerləşən “NV market”də,
- M.Əliyev küçəsi, ev 150 ünvanında İsmayıl Səttərova məxsus mağazada,

Nərimanov rayonunda

- Z.Bünyadov prospekti, 75 ünvanında Zakir Həsənova məxsus mağazada,

Binəqədi rayonunda

- Q.Musabəyov küçəsi, ev 3 ünvanında yerləşən “Dörd yol market”də,
- 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 18/3 ünvanındakı “Gold market”də,

Daşkəsən şəhərində

- İ.Qayıbov küçəsində yerləşən “Elvin market”də,
- S.Vurğun küçəsi, ev 17B ünvanında yerləşən “Arzu market”də,

Qusar şəhərində

- N.Şərifov küçəsində Kamran Xanova məxsus mağazada,

Goranboy rayonunda

- Qaradağlı kəndində Səidə Hüseynovaya məxsus mağazada,
- H.Əliyev küçəsində Məryəm Aslanovaya məxsus mağazada,

Zaqatala şəhərində
- Vidadi küçəsi, 28 ünvanında yerləşən “Aysel market”də ümumi çəkisi 430 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar