Liviyada 10-12 nəfər Azərbaycan vətəndaşı var
22 Fevral 2011 Çərşənbə Axşamı 01:41
Amma qarışıq ailələrdə də Azərbaycan vətəndaşlarının olması istisna olunmur
“Azərbaycanın Liviyadakı səfirliyindən Xarici İşlər Nazirliyinə daxil olan məlumata görə, orada 10-12 nəfər Azərbaycan vətəndaşı var”. Bunu ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib. Onun sözlərinə görə, onların əksəriyyəti Liviyada təhsil alan tələblərdir. Bununla belə, rəsmi Bakı Liviyadakı qarışıq ailələrdə də Azərbaycan vətəndaşlarının olduğunu istisna etmir. XİN rəsmisi bildirib ki, indiyədək Azərbaycan vətəndaşlarından heç biri Vətən qayıtmaq arzusunu bildirməyib.

Azərbaycanın Liviyadakı səfirliyi və oradakı diplomatlarımızın vəziyyətinə gəlincə, Elxan Poluxovun sözlərinə görə, səfirliyimiz məhdud rejimdə də olsa, fəaliyyətini davam etdirir: “Liviyadakı vəziyyətlə əlaqədar səfirliyimiz tam rejimdə fəaliyyət göstərə bilmir. Amma Liviyadakı vətəndaşlarımız ölkə daxilindən istənilən vaxt səfirliklə telefon əlaqəsi saxlaya və istədikləri məlumatları ala bilərlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar