Lisenziyası olmayan istirahət müəssisələrinin siyahısı açıqlanıb
07 Avqust 2010 Şənbə 19:40
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti ilə bağlı xüsusi razılığı (lisenziya) olmayan istirahət müəssisələrinin siyahısını açıqlayıb.
APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi vətəndaşların turizm istirahət zonalarında lisenziya almayan və qeyri-qanuni fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşməsini tövsiyə etmir.

Açıqlamada Oğuz, Qax, Göygöl rayonlarında 1, Gədəbəy və Ağsuda hər birində 2, Zaqatala, Şamaxı, Qəbələ, Xızı və Şabranda hər birində 3, Şəkidə və Qusarda hər birində 4, Lerikdə 5, Masallı və İsmayıllıda hər birində 6, Qubada 17, Xaçmazda isə 29 müəssisənin lisenziyasız olduğu bildirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar