Lerikdə sel təhlükəsi sovuşub
24 Oktyabr 2010 Bazar 11:35
Lerikdə sel təhlükəsi sovuşub. Yağış dayanandan sonra çaylarda suyun səviyyəsi azalıb.
Lerikdə sel təhlükəsi sovuşub. Buna səbəb ötən gün axşam saatlarında yağan yağışın dayanması olub. Belə ki, yağışdan sonra dağ çaylarında suyun səviyyəsinin bir metrdən çox azalıb.

Qeyd edək ki, oktyabrın 22-də axşam saat 21:00 radələrində Lerik rayonuna intensiv yağan yağış dağ çaylarında suyun artmasına səbəb olmuşdu. Ən çox ziyan Lerikin Davradibi kəndinə dəyib. Veryəvül çayı daşdığından üzərindəki körpünü aparıb bu vaxt yoldan keçən “Niva” markalı avtomobil çaya düşüb. Hadisənin şahidi olan sakinlərin sözlərinə görə, adı çəkilən körpüdən on kəndin təxəminən 4 minə yaxın sakini istifadə edir. Hadisədən sonra isə ətraf aləmlə əlaqə tam kəsilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar