Lerikdə kenquruya bənzər pişiklər doğulub
23 Avqust 2010 Bazar Ertəsi 20:45
Onlar kenquru kimi atılıb-düşür, iki ayaqları üstə gəzirlər.
Lerikin yay istirahət mərkəzlərindən birində iki əkiz pişik balası istirahətə gələnlərin böyük marağına səbəb olub. Məsələ burasındadır ki, 15 gün öncə burada peyda olan balaların qabaq əlləri anadangəlmə kenqurudakı kimidir və bu səbəbdən də onlar kenquru kimi atılıb-düşür, iki ayaqları üstə gəzirlər.

Əkiz pişik balalarının bütün hərəkətləri bir-birinin eynidir. Turizm mərkəzinin işçisi bildirir ki, balalar hamının marağına səbəb olduğundan onların qidalanması heç də problem deyil. Əti çox sevən balacalar onun iyini hiss edən kimi atlana-atlana gəlirlər və insanlardan da çəkinmirlər.

Pişik balalarını bir adla adlandırıblar – “Məstan”. “Məsi” deyən kimi hər iki pişik balası harada olsalar qaçıb gəlirlər.

Pişiklərin sorağını eşidən uşaq və yeniyetmələr onları oynadıb, şəkillərini çəkmək üçün istirahət mərkəzinə axışırlar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar