Lənkərandakı Osman Mirzəyev adına qarışıqtipli internat məktəbinin sakini Nüşabə Əliyeva və şəhər sakini, sahibkar Səbuhi Əliyevin toy mərasimi keçirilib.
“Sultan” şadlıq sarayında 400 nəfərdən artıq qonağın qatıldığı ziyafətdə şəhər icra hakimiyyətinin nümayəndələri, rayonun tanınmış elm adamları, ziyalılar iştirak ediblər. Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Səmədağa Abdullayev ailə həyatı quran gəncləri təbrik edərək onlara xoş arzularını çatdırıb.
Lənkəranlı iş adamı internatdan qız aldı
Gənclərin toyunda 400-dən çox qonaq olub




Şərhlər