Lənkəranda son 20 ilin ən güclü yağışı yağıb
06 Oktyabr 2010 Çərşənbə 10:30
Artıq yağışın yaratdığı fəsadlar aradan qaldırılıb.
Lənkəranda oktyabrın 4-də başlayaraq yağan intensiv yağıntıların törətdiyi fəsadlar tam aradan qaldırılıb. ANS-in bölgə müxbirinin məlumatına görə, bu səhərdən başlayaraq Fövqəladə Hallar Komissiyasının ağır texnikasının köməyi ilə həyətlərdən suyun çəkilməsinə başlanıb. Ötən gün 70 santimetrə qədər qalxan Lənkərançayın səviyyəsi artıq 54 sm-ə enib. Şəhərə enerji verilməsində yaranan fasilələr də artıq aradan qalxıb.

Xatırladaq ki, iki gündür Lənkəranda yağan intensiv yağışlar şəhərin bir çox hissəsini su basması ilə nəticələnib. Təxminən altıdan çox kənddə onlarla həyəti su basıb. Bəzi həyətlərdə suyun hündürlüyü 1 metrə qədər yüksəlib.

Rayon icra hakimiyyətindən isə bildiriblər ki, son 20 ildə Lənkərana belə güclü yağış yağmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar