Bu gün Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilgə Cankoreli qəbul edib. ALP-nin mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda parlament seçkisindən sonra yaranmış ictimai-siyasi vəziyyət, müxalifətdaxili və iqtidar-müxalifət münasibətləri, regionda durum və digər məsələlər müzakirə olunub.