Kürün suyu yenə artıb
05 Oktyabr 2010 Çərşənbə Axşamı 10:30
Kürün suyu yenə artıb. ETSN çaylarda monitorinq aparıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sentyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 4 m3/san artaraq 117 m3/san təşkil edib. Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 3,21 m3/san olub.

Monitorinqin nəticələrinə əsasən, çaylarda Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,35-6,80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar