Azərbaycan kulinarları Türkiyədə keçiriləcək beynəlxalq festivalda iştirak edəcəklər. Beynəlxalq kulinariya festivalı fevralın 16-dan 21-dək keçiriləcək.
Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə, festivalda ölkə assosiasiyanın prezidenti Tahir Əmiraslanovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Tərkibi, əsasən Qarabağ və Naxçıvan kulinarlarından ibarət olan təmsilçilərimiz festivalda Azərbaycan mətbəxinin ən ləziz nümunələrini təqdim edəcəklər.
Kulinarlarımız beynəlxalq festivala yollanır
Festival Türkiyədə keçiriləcək




Şərhlər