Külək güclənəcək
24 Yanvar 2011 Bazar Ertəsi 12:00
Bu, meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 8-11° isti, axşam 4-6° isti olacaq.
Yanvarın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti olacaq.
Yanvarın 26-da havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-14° isti təşkil edəcək.
Yanvarın 27-də axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 6-11° isti olacaq.
Yanvarın 26-27-də havanın əsasən yağmursuz olacağı, lakin 27-də axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək, 27-də qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında gözlənilən mülayim hava şəraiti müsbət amil olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: