Küçə reklamları standartlara cavab verirmi?
02 Dekabr 2010 Cümə Axşamı 17:05
Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlərini davam etdirir
İqtisadi İnkışaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti küçə reklamlarının yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı “Optimal Electronics” MMC və “Final dərgisi dərshanələri” hazırlıq kursları tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmədən hazırlanmış reklam materialları müəyyən olunub, yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, bundan əvvəl də Dövlət Xidməti tərəfindən 18 təsərrüfat subyektinə məxsus küçə reklamlarında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib və bu reklamların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin olunub.
Antiinhisar Siyasəti və İstehakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam sifarişçiləri, istehsalçıları və yayıcılarına “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməyi tövsiyə edir.
DOSTLARINLA PAYLAŞ: