Kəskin istilər həftəsonu da davam edəcək
30 İyul 2010 Cümə 13:30
Avqustun ilk günləri paytaxtda 41, rayonlarda 42 dərəcə isti olacaq.
Həftəsonu Bakıda və Abşeron yarımadasında 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun son günü hava günəşli olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27°, gündüz 36-38°, bəzi yerlərdə 40°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° olacaq.

Avqustun 1-də günəşli hava proqnozlaşdırılır. Havanın temperaturu gecə 24-27°, gündüz 36-38°, bəzi yerlərdə 41° təşkil edəcək.

Avqustun 2-də hava günəşli olsada, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 25-28°, gündüz 37-39°, bəzi yerlərdə 41° çatacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də günəşli hava müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 16-19°, gündüz 28-33° çatacaq.

Avqustun 1-2-də də havanın temperaturu gecə 21-26°, gündüz 38-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 16-20°, gündüz 30-35° təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar