Keçmiş rəhbərliyin səhvi Şəkiyə baha başa gəldi
15 İyul 2010 Cümə Axşamı 16:05
Güclü sel asfalt örtüyünü binalara və yeni tikilən obyektlərə çırpıb.
Dünən gecə saatlarında Şəki rayonuna küləklə müşahidə olunan güclü leysan yağışları yağıb. Yağış və külək kəndlərdə sosial obyektlərə, fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Nəticədə şəhərin yuxarıbaş tarixi-memarlıq qoruğu ərazisində bütün küçələrdə, həmçinin Mirzə Fətəli Axundov və Məmməd Əmin Rəsulzadə prospektlərində asfalt örtüyü tamamilə dağılıb. Sel səbəbi ilə evlərə, mağazalara daş, çınqıl və lil dolaraq ciddi dağıntılar törədib. Bir neçə minik avtomobilini sel suyu apararaq yararsız hala salıb. Eyni zamanda şəhərin elektrik təsərrüfatınada ciddi ziyan dəyib.

Qeyd edək ki, şəhərin keçmiş rəhbərliyinin fəaliyyəti dövründə Şəkinin tarixi ənənəvi tikinti inşaat prisipləri pozulub. Daş döşənmiş yollara asfalt örtük çəkilib. Güclü sel və yağışlar asfalt örtüyü dağıdıb. Örtük yerindən qoparaq ətraf binalara və yeni inşa olunmuş obyektlərə çırpılıb. Nəticədə dəymiş ziyan bir neçə dəfə artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar