Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitini yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb. ANSPRESS
Jurnalistlər üçün evlər tikiləcək
Jurnalistlər üçün evlər tikiləcək. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb.




Şərhlər