Jurnalistlər polislər və deputatlarla futbol oynayacaq
15 Mart 2011 Çərşənbə Axşamı 16:17
Qarşılaşma “Şəfa” stadionunda baş tutacaq
Novruz bayramı ərəfəsində jurnalistlərin polislərlə futbol matçının təşkili nəzərdə tutulur. Mətbuat Şurasından ANS PRESS-ə verilən məlumata görə, martın 19-u saat 11.00-da “Şəfa” stadionunda baş tutacaq oyun Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş silsilə tədbirləri çərçivəsində keçiriləcək.

Jurnalistlərin bu qəbildən olan ikinci futbol matçının Milli Məclisin deputatları ilə təşkili planlaşdırılır. Qələm sahiblərinin futbolun 100 illiyi münasibətilə sonuncu oyunları ölkənin tanınmış futbol veteranları ilə olacaq.

Qeyd edək ki, Mətbuat Şurası ilə Bakı Futbol Federasiyası arasında əldə olunmuş razılığa görə, əlamətdar yubileylə bağlı Azərbaycan futbolunun təbliğində fəal rol oynayan jurnalistlərlə geniş tərkibli görüşün təşkili və onların mükafatlandırılmaları nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar