Bu gün Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet ölkəmizə rəsmi səfərə gələcək. İkigünlük səfər çərçivəsində Jolt Nemet Macarıstan səfirliyinin Bakıda yeni binasının açılışında iştirak edəcək, Azərbaycan rəsmiləri ilə görüşəcək.
Fevralın 25-də isə Azərbaycan-Macarıstan biznes-forumu keçiriləcək. Forumda IT, məişət və yük avadanlığının, meşə təsərrüfatı üçün avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən Macarıstan şirkətləri iştirak edəcəklər. İştirakçılar arasında “Ikarus” korporasiyasının nümayəndələri, Macarıstandan turizm şirkətləri, tikinti, qida sənayesi, maşın istehsalı və malların qablaşdırılması üçün avadanlıq istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar da olacaq.
Forum çərçivəsində Azərbaycan və Macarıstan sahibkarlarının arasında ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Jolt Nemet Azərbaycana rəsmi səfərə gələcək
Bakıda Macarıstan səfirliyinin yeni binasının açılış mərasimi keçiriləcək




Şərhlər