İyunun 28-i Azərbaycanda qeyri-iş günüdür
18 İyun 2010 Cümə 13:45
İyunun 28-i ölkədə qeyri-iş günü olacaq. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
Onun sözlərinə görə, iyunun 26-sı – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü istirahət gününə - şənbəyə təsadüf etdiyindən iyunun 28-i qeyri-iş günü hesab ediləcək.

Bununla da, iyunun 26, 27 və 28-i ölkədə iş olmayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar