İyulda 3 min 887 partlamamış hərbi sursat zərərsizləşdirilib
08 Avqust 2010 Bazar 06:50
Əməliyyatlarda 425 nəfər mütəxəssis, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.
İyul ayında 3 milyon 35 min 564 kvadratmetr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib, 3 min 887 partlamamış hərbi sursat və mina aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə məlumatı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirib. Ay ərzində 22 ədəd tank və 4 ədəd piyada əleyhinə mina tapılib.

Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 138 milyon 462 min 505 kvadratmetr ərazi təmizlənib, 621 min 964 mina və PHS tapılıb zərərsizləşdirilib.

Təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Tərtər, Füzuli rayonlarında və Bakının Qaradağ rayonu ərazisində aparılıb.

Qeyd edək ki, ötən ay ərzində mina və PHS hadisəsi qeydə alınmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar