Ölkə

İslam alimləri gecə klubları ilə bağlı fitva verib

Onlar hesab edir ki, gecə klubları gənclərdə pis vərdişlər formalaşdırır

· Xəbərçi
İslam alimləri gecə klubları ilə bağlı fitva verib
İordaniyada İslam alimləri ölkədəki gecə klubları və diskotekaların qadağan edilməsi haqqında fitva verib. 109 İslam alimi gecə klublarının gənclər arasında pis vərdişlərin yayılmasına səbəb olduğunu bildirib.

Ölkənin ən böyük müxalifət qrupu olan "Müsəlman Qardaşları" təşkilatı da əvvəllər bu təkliflə çıxış edib. Lakin qərbyönümlü hakimiyyət ölkəyə turistləri cəlb etmək üçün diskoteka və gecə klublarının fəaliyyət göstərməsinin tərəfdarıdır.

Şərhlər