İş axtaranlara xoş xəbər
30 Noyabr 2010 Çərşənbə Axşamı 10:45
Bakıda 3 mərhələdə əmək yarmarkası keçiriləcək
Bakıda növbəti əmək yarmarkaları keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovun ANS PRESS-ə verdiyi məlumata görə, yarmarka 3 mərhələdə keçiriləcək. İlk mərhələ dekabrın 10-da Heydər Əliyev adına İdman Kompleksində olacaq. Bu mərhələ Bakının Nəsimi, Binəqədi, Nərimanov rayonlarını əhatə edəcək. İkinci yarmarka dekabrın 17-də Texniki Universitetdə olacaq və Bakının Yasamal, Səbail, Qaradağ rayonlarının sakinləri üçün nəzərdə tutulub. Sonuncu-üçüncü mərhələ dekabrın 20-də "Sərhədçi" olimpiya idman mərkəzidə olacaq və Bakının Suraxanı, Sabunçu, Xətai, Nizami, Xəzər rayonlarının əhalisini əhatə edəcək.
Ş. Xələfovun sözlərinə görə, əmək yarmarkasını 3 mərhələdə keçirməkdə məqsəd əhalinin rahatlığını təmin etmək, növbələrin, basa-basın yaranmasının qarşısını almaqdır.
Yarmarkada təqdim ediləcək iş yerlərinin sayına gəldikdə isə rəis müavini hələ ki, hazırlıq işlərinin getdiyini bildirdi.
DOSTLARINLA PAYLAŞ: