Ölkə

Iqtisadi İnkişaf Nazirliyi videoqəbula başlayıb

Videoqəbulun təşkil edilməsində məqsəd vətəndaşların nazirliyə müraciət etmək imkanlarını sadələşdirməkdir

· Xəbərçi
Iqtisadi İnkişaf Nazirliyi videoqəbula başlayıb
İqtisadi İnkişaf Nazirliyində vətəndaşların videoqəbulu aparılır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, videoqəbulun təşkil edilməsində məqsəd vətəndaşların nazirliyə müraciət etmək imkanlarını sadələşdirmək, xüsusilə də regionlarda və respublikadan kənarda yaşayanlar üçün nazirliyin inzibati binasına gəlmədən İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə, eləcə də digər vəzifəli şəxslərinə birbaşa müraciət etmək imkanı yaratmaqdır.

Videoqəbul olunmaq istəyənlər www.economy.gov.az saytında “Nazirliklə canlı əlaqə” bölməsinə daxil olmalı (http://economy.gov.az/videoalaqa/), bu bölmədə yerləşdirilmiş videoəlaqənin yaradılması və canlı bağlantı qaydaları ilə tanış olmalıdırlar.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyinə və nazirliyin digər vəzifəli şəxslərinə müəyyən olunmuş qəbul günlərində canlı bağlantı vasitəsilə müraciət edə bilərlər.

Şərhlər