Ölkə

İmişlinin 3, Saatlının 1 kəndi köçürüləcək

Yeni yaşayış məntəqəsində 104 ev tikilir.

· Xəbərçi
İmişlinin 3, Saatlının 1 kəndi köçürüləcək
Təbii fəlakət nəticəsində su basmış ərazilərdən 4 kənd köçürüləcək. Köçürüləcək kəndlərdən 3-ü İmişlinin biri isə Saatlı rayonunundur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun ANS-ə verdiyi məlumata görə, artıq bu məqsədlə 40 hektar sahə ayrılıb.

Rəis müavininin sözlərinə görə, İmişli rayonunun Telişli , Allahmədətli və Hacımustafalı kəndlərinin sakinləri tamamilə yeni yaşayış məntəqələrinə köçürüləcək. “Hazırda həmin məntəqədə 104 yaşayış evi tikilir. Qəsəbədə bütün infrastruktur obyektləri, məktəb, xəstəxana, poçt, ATS binası tikilir. Ərazinin su, elektrik təchizatı da təmin olunacaq. Daha bir qsəbə isə Saatlı rayonu ərazisində salınır. Həmin qəsəbəyə Novruzlu kəndinin sakinləri köçürüləcək. Həmin əhalinin öz evlərinə qayıtması mükün deyil. Çünki, həmin ərazi daima su basma təhlükəsi ilə üzbəüzdür və ərazidən su çəkilməsi də tam başa çatdırılmayıb”-deyə Elxan Əsədov bildirib.
ANSPRESS

Şərhlər