İmişlidə yeni taxıl anbarları tikilir
06 Fevral 2011 Bazar 19:05
Bəhramtəpə qəsəbəsində inşa edilən anbarlarda tamamlama işləri görülür.
İmişli rayonunun Bəhramtəpə qəsəbəsində hər biri 8 min 300 tonluq 6 yeni taxıl anbarı inşa edilir. 2010 cu ilin aprel ayında 4 hektar ərazidə inşa edilən taxıl anbarlarında tamamlama işləri görülür.
Ərazidə 1 kilometrlik dəmiryolu da çəkilib. Tikinti obyektinin ərazisində dəyirman da inşa ediləcək. Tikinti-quraşdırma işləri bu ilin mart ayında başa çatdırılacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: