Ölkə

İmişlidə yeni körpü tikilir

Körpü Araz çayının yeni qolunun üzərindən keçəcək.

· Xəbərçi
İmişlidə yeni körpü tikilir
İmişlidə, Bəhramtəpə - Biləsuvar avtomobil yolunun 4-cü kilometrliyində, Araz çayının yeni qolunun üzərində körpü tikilir. Uzunluğu 73,6, eni 12,54 metr olan körpü 8 dayaq və 7 aşırımdan ibarət olacaq.

Layihədə körpüdə avtomobil yolunun hərəkət zolağının eni 10 metr nəzərdə tutulub.

Ərazidə Əzizbəyov kanalının çayın altından keçməsi üçün 460 metr uzunluğunda su tunelinin inşası da aparılır. anspress

Şərhlər