İlham ƏliyevPyeri Marianini qəbul edib
11 Fevral 2011 Cümə 14:40
Dövlət başçısı Azərbaycanda nəqliyyat sektorunda geniş əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib
Prezident İlham Əliyev bu gün Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Pyeri Marianini qəbul edib.
Ölkə başçısı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını bildirib. Fransa şirkətlərinin artıq Azərbaycanla bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı nəqliyyat sektorunda da geniş əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.
P.Mariani öz növbəsində ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. Ölkələr arasında münasibətlərin son illər daha da genişləndiyini vurğulayan qonaq Fransanın xüsusilə Azərbaycanın nəqliyyat sektoruna böyük maraq göstərdiyini deyib. Ölkəmizi yaxından tanıdığını qeyd edən Pyeri Mariani əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
İ.Əliyev Azərbaycanda avtomobil yollarının, dəmir yol nəqliyyatının və eləcə də Bakıda Metropoliten şəbəkəsinin təkmilləşdirilməsində Fransa şirkətlərinin iştirakına və Fransa texnologiyasının tətbiqinə ölkəmizin böyük önəm verdiyini deyib.
DOSTLARINLA PAYLAŞ: