İlham Əliyev Nazarbayevə məktub ünvanlayıb
15 Dekabr 2010 Çərşənbə 19:35
Prezident Qazaxıstan xalqını və həmkarını ölkənin Müstəqillik günü münasibəti ilə təbrik edib
Prezident İlham Əliyev Müstəqillik günü münasibəti ilə Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi təbrik edib. "Hörmətli Nursultan Abişeviç, Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcək. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm",- deyə prezidentin təbrik məktubunda qeyd edilib.
DOSTLARINLA PAYLAŞ: