Azərbaycan prezidenti İlham Əliyev bu gün respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gedib. Dövlət başçısı əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin ətrafında salınan Heydər parkında aparılmış abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonra Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
İlham Əliyevin qərb bölgəsinə səfəri başlayıb
İlham Əliyev ilk olaraq Qazax rayonuna gedib




Şərhlər