MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başa çatıb. Vnukovo-2 hava limanında Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Ötən axşam Prezident İlham Əliyev Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
İlham Əliyevin Moskvaya səfəri başa çatdı
Dövlət başçısını Bakıda dövlət rəsmiləri qarşılayıblar




Şərhlər