İlham Əliyev Rusiyaya yola düşüb
05 Mart 2011 Şənbə 11:46
Dövlət başçısı Soçidə Rusiya və ermənistanlı həmkarı ilə Qarabağı müzakirə edəcək
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri bu gün Rusiyanın Soçi şəhərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə etimad tədbirlərini müzakirə edəcəklər.

Qeyd edək ki, bu gün Soçidə keçiriləcək zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə həsr edilmiş sayca səkkizinci üçtərəfli görüş olacaq. İlk görüş 2008-ci il noyabrın 2-də Moskva ətrafındakı Barvixdə, ikincisi 2009-cu il iyunun 4-də Sankt-Peterğurqda, üçüncü 2009-cu il iyulun 18-də Moskvada, dördüncü 2009-cu il oktyabrın 9-da Kişinyovda, beşinci 2010-cu il yanvarın 25-də Soçidə, altıncı 2010-cu il iyunun 17-də Sankt-Peterburqda, yeddinci ötən il oktyabrın 27-də Həştərxanda keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar