Ölkə

İlham Əliyev Rumıniyanın dövlət başçısını təbrik edib

“Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır”

· Xəbərçi
İlham Əliyev Rumıniyanın dövlət başçısını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rumıniyalı həmkarı Trayan Beseskuya təbrik ünvanlayıb. Təbrikin mətnini “AzərTAc” dövlət agentliyi yayıb. Prezident İlham Əliyev Rumıniya prezidentini və xalqını ölkənin milli bayramı - Birlik günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Azərbaycan-Rumıniya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli, istərsə də çoxtərəfli qaydada əməkdaşlığı tərəfdaşlıq xarakteri alaraq daim öz əhatə dairəsini genişləndirməkdədir. Əminəm ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən irimiqyaslı layihələrin gerçəkləşməsi istiqamətində səylərimiz ölkələrimizin çiçəklənməsinə və xalqlarımızın rifahına töhfələr verəcək.Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və firavanlıq diləyirəm”.

Şərhlər