İlham ƏliyevinMedvedevə məktubu
03 Dekabr 2010 Cümə 23:50
Dövlət başçısı Rusiyanın DÇ-2018-in keçirilməsi hüququnun əldə edilməsi münasibətilə həmkarını təbrik edib
Prezident İlham Əliyev Rusiyanın 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə bütün Rusiya xalqı və prezident Dmitri Medvedevi təbrik edib. "Hörmətli Dmitri Anatolyeviç, 2018-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnun əldə edilməsi münasibətilə Sizi və bütün Rusiya xalqını ürəkdən təbrik edirəm. Şadam ki, Rusiya yenidən dünya və idman ictimaiyyətinin cazibə mərkəzinə çevrilib. Rusiyanın bu qədər çətin mübarizədə qələbəsi onun dünya birliyinə uğurlu inteqrasiyasını, Rusiya idmanının danılmaz xidmətlərinin etiraf olunmasını təsdiq edib. Əminəm ki, 2018-ci ilin futbol üzrə dünya çempionatı idmanın bu ən populyar növünün bütün pərəstişkarları üçün, milyonlarla azarkeş üçün həqiqətən unudulmaz idman bayramı olacaq. Hörmətli Dmitri Anatolyeviç, Sizə, çempionatın Təşkilat Komitəsinə, Rusiyanın bütün idman ictimaiyyətinə dünya çempionatının hazırlanmasında və keçirilməsində nailiyyətlər, rusiyalı futbolçulara uğurlar və parlaq qələbələr arzulayıram",- deyə prezidentin təbrik məktubunda qeyd edilib
DOSTLARINLA PAYLAŞ: