İlham Əliyev: “MDB keyfiyyətcə yeni mərhələyə çatıb”
16 Fevral 2011 Çərşənbə 01:58
“Keçmiş SSRİ-nin bütün xalqları Əfqanıstanda beynəlmiləlçilik borcunu yerinə yetiriblər”
MDB ölkələri sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının ildönümünü qeyd edir. Keçmiş SSRİ-nin bütün xalqları Əfqanıstanda beynəlmiləlçilik borcunu yerinə yetiriblər. Bu həmrəyliyi Azərbaycan Prezidenti İlham Əliyev “Mir” Dövlətlərarası Teleradio Şirkətinə müsahibəsində deyib. O bəyan edib ki, postsovet məkanında yaranan MDB ötən 20 il ərzində mökəmlənə bilib.

“Bu gün Müstəqil Dövlətlər Birilyi keyfiyyətcə yeni mərkələdədir. Mənim üçün 90-cı illər barədə danışmaq çətindir. Çünki mən o vaxtkı proseslərlə indi olduğu kimi iştirak etməməmişəm. O ki qaldı son 7-8 ilə, mənim dəyərləndirməm belədir: MDB daha dinamik olub, Birlik ölkələri arasında bizim bu təşkilatdan istədiklərimizlə bağlı daha çox anlayış mövcuddur. İllüziya və iddialar azalıb”, - deyə Prezident İlham Əliyev bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar