İlham Əliyev: “Evdə siyasətdən danışmırıq”
17 Fevral 2011 Cümə Axşamı 01:33
“Nəvələrimi tez-tez görməyə çalışıram”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” teleradio şirkətinə müsahibəsində ailəsi ilə bağlı sualları da cavablandırıb. “Həyat yoldaşınız Milli Məclisin deputatıdır. Siz indi evdə siyasətdən çox danışırsınız?” sualına cavabında dövlət başçısı bildirib ki, Mehriban Əliyeva artıq ikinci dəfədir millət vəkili seçilir və onun statsuna alışılıb: “Ev şəraitində, evdə biz siyasətdən danışmırıq. Çünki buna ehtiyac yoxdur. Azərbaycan cəmiyyətindəki, o cümlədən, siyasi müstəvidəki bütün mövcud məsələlər kifayət qədər aydındır. Hökumətin mövqeyi birmənalıdır. Cəmiyyətdə ölkəmizin necə inkişaf etməsi ilə bağlı diskussiyalar yoxdur. Yəni, Azərbaycanı, onun gələcəyinqi necə görmək istəməyimiz məsələsində konsensus mövcuddur. Bu, mənim tərəfimdən dəqiq ifadə edilib və cəmiyyət tərəfindən dəstəklənib. Ona görə də biz evdə başqa məsələlərdən, münasibətlərimiz, övladlarımız, artıq nəvələrimiz barədə danışırıq İstənilən ailədəki adi mövzular bizdə də var”.
İlham Əliyev jurnalistin sualına cavabında deyib ki, nəvələrini tez-tez görməyə çalışır: “Onlar hələ balaca olsalar da, tez-tez valideynləri ilə səfərlərdə olurlar. Böyük xoşbəxtilkdir. Biz nəvələrimizi də öz övladlarımız bilirik. Bu isə bizi onlara daha çox bağlayır”.
DOSTLARINLA PAYLAŞ: