İlham Əliyev Ceyms Staynberqi qəbul edib
24 Fevral 2011 Cümə Axşamı 20:41
Görüşdə Qarabağ münaqişəsinin nizamlanması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev ABŞ-ın dövlət katibinin birinci müavini Ceyms Staynberqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əvvəlcə İlham Əliyevlə ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq arasında təkbətək görüş olub. Sonra görüş geniş tərkibdə davam etdirilib.

Prezidentin mətbuat xidmətinin verdiyi xəbərə görə, Ceyms Staynberq ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ştatların dövlət katibinə çatdırmağı xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar