Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni inşa olunan bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin, “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışlarında iştirak edib.
Dövlət başçısı əvvəlcə Xəzər rayonunda avtomobillərin və piyadaların sıx olduğu ərazidə - Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin açılışında iştirak edib.
Sonra prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu-Zuğulba qəsəbəsi avtomobil yolunda tikilmiş Binə yol qovşağının açılışını bildirən lenti kəsib, inşaatçılarla görüşüb.
Dövlət başçısı Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi-Zuğulba yolunun 1,6-cı kilometrliyində inşa olunmuş yeni yeraltı piyada keçidinin açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib.
Daha sonra İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin və yeni inşa edilmiş yarımstansiyanın açılışında da iştirak edib. ANSPRESS
İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib
Prezident İlham Əliyev həmçinin hava limanı qovşağı körpüsünün açılışını bildirən lenti kəsib.




Şərhlər