İlaxır çərşənbədə hava necə olacaq?
14 Mart 2011 Bazar Ertəsi 11:41
Güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 15-də dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti olacaq.

İlaxır çərşənbədə - martın 16-da da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, arabir 16-20 m/s çatacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-7° isti olacaq.

Martın 16-da əsasən yağmursuz hava olsa da, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar