İdmançılara fəxri adlar verilib
24 Dekabr 2010 Cümə 22:10
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi barədə sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncama əsasən Fazil Araş oğlu Eyyubov, Sarı Məhəmməd oğlu Əhmədov, Eldar Məmməd oğlu Fərəcov, Yavər Hacı oğlu Hacıyev, Azər Kamal oğlu Həsənov, Elçin Eldar oğlu Mehdizadə, Aydın Qasım oğlu Məmmədov, Rüstəm Tələt oğlu Rəhimov, Səməd Nəbi oğlu Şahniyarov, Hicran İbrahim oğlu Şərifov “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Tofiq Gülməmmədov “Əməkdar jurnalist”, Leysan Məmmədov “Əməkdar mühəndis” fəxri adlarına layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar